00:00:00
Yazar
Admin User
01.01.2026 18:39 94 1 dəq oxuma
Dünya

ABŞ-yə iqamətgaha hücumla bağlı sübutlar təqdim olunub

ABŞ-yə iqamətgaha hücumla bağlı sübutlar təqdim olunub

Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına edilən hücum cəhdi ilə bağlı əldə olunan sübutlar ABŞ tərəfinə təqdim olunub.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, vurulan pilotsuz uçuş aparatının yaddaşından çıxarılan məlumatlar hücumun birbaşa dövlət başçısının Novqorod vilayətində yerləşən iqamətgahını hədəflədiyini təsdiqləyib.

 

Nazirlik həmçinin açıqlayıb ki, hücum zamanı Ukraynanın Sum və Çerniqov vilayətlərindən ümumilikdə 91 PUA buraxılıb.

 

Qeyd edək ki, Rusiya Ukraynanın dekabrın 29-na keçən gecə Prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum etdiyini bildirib. Ukrayna bu iddiaları rədd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər