ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupu göndərməyə hazırlaşır
ABŞ "USS George H.W. Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.
"İnformator.az" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Telekanalın jurnalisti Lukas Tomlinsonun sözlərinə görə, üçüncü təyyarədaşıyan qrup tezliklə Atlantik okeanını keçəcək və İrana qarşı əməliyyata qoşula biləcək.