00:00:00
Yazar
Admin User
18.12.2025 15:58 99 2 dəq oxuma
İdman

ACF-nin iki sosial layihəsi beynəlxalq cüdo mükafatına namizəd seçilib

ACF-nin iki sosial layihəsi beynəlxalq cüdo mükafatına namizəd seçilib

 

Azərbaycan Cüdo Federasiyasının həyata keçirdiyi iki sosial layihə Beynəlxalq Cüdo Federasiyasının təşkil etdiyi “Cüdo Mükafatları 2025” çərçivəsində beynəlxalq mükafata namizəd göstərilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, “Cüdo Mükafatları 2025” çərçivəsində beynəlxalq mükafata namizəd göstərilməsi təəccüblü deyil, çünki Azərbaycan Federasiyası artıq bir neçə ildir ki, ölkənin ən öndə gedən federasiyalardan biridir:

 

“Həm nəticələr baxımından, həm də ümumilikdə idmanın təbliğatı və sağlam həyat təbliğatı eyni zamanda, PR-la həyata keçirdikləri layihələr baxımından federasiya irəlidədir və bu fəaliyyətlərini də dayandırmadan inkişaf etdirməkdə davam edirlər. Bu layihələr idmanın təbliğatına çox müsbət təsir edir. Çünki insanların xüsusilə də, uşaqların, yeniyetmələrin, gənclərin həyatında dönüş nöqtəsi ola bilər. İdman təkcə bir nəticə demək deyil. Yəni yarışa gedib, qalib olub, çempion olub. Bu, işin bir tərəfidir və idmanla məşğul olan hər uşaq da gedib, Avropa, dünya Olimpiya çempionu ola bilməz. İdmanla məşğul olan uşaq, gənc, yeniyetmə, həm də yaxşı bir vətəndaş olur. İdman vasitəsilə zərərli vərdişlərdən uzaqlaşır, intizama yönəlir, həyatını dəyişdirə bilir. Onu da düşünürəm ki, belə sosial layihələr daha da artırılmalıdır. İdman federasiyaları da idmana daha çox insanın cəlb edilməsi istiqamətində addımlar atmalıdır. Bu işin təqdir edilməsi, bu işə həm Azərbaycan daxilində, həm də beynəlxalq arenada mükafatların verilməsi, həmin bu layihələri həyata keçirən insanlar üçün böyük bir stimul rolunu oynaya bilər və onlar bu işləri daha da inkişaf etdirməyə təşviq oluna bilərlər. Amma düşünürəm ki, ilk növbədə namizəd göstərilməsi belə özü yaxşıdır. Amma qalib olarsa, bu daha yaxşı bir xəbər olar. Və mən düşünürəm ki, bunun çox böyük bir müsbət effekti olar “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər