Dünya futzalında ilk: Kişilərdən ibarət klubun baş məşqçisi qadın olub
Rusiyalı Anastasiya Nikolayeva Nijni Novqorodun "Torpedo" kişi futzal komandasının baş məşqçisi təyin edilib. Bununla da o, dünya çempionatları tarixində kişi futzal komandasına rəhbərlik edən ilk qadın mütəxəssis olub.
"İnformator.az" RBK-ya istinadən xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidmətindən bildirilib.
Nikolayeva bu vəzifədə hazırda baş məşqçinin köməkçisi kimi çalışan Yevgeni İvanyakı əvəzləyib.
"Əlbəttə, bu, xüsusi bir məqamdır. Superliqa oyunlarında iştirak etmək çox dəyərlidir. Bir qədər həyəcan var idi, lakin tez keçdi. Şübhəsiz ki, bu hadisə başqalarına da ilham verə bilər. Ancaq hazırda hətta qadın futzalında belə cinsiyyət məsələsi ilə bağlı kifayət qədər fikir ayrılığı var. Düşünürəm ki, zamanla çox şey dəyişəcək", - deyə Nikolayeva təəssüratını bölüşüb.
O, "Torpedo"nun baş məşqçisi kimi debütünü oktyabrın 1-də KPRF komandası ilə qarşılaşmada edib. Həmin oyunda onun komandası 2:5 hesabı ilə məğlub olub. Qeyd edək ki, Nikolayeva 2025/2026 mövsümündə Rusiya Kubokunun bürünc mükafatçısı olmuş Sankt-Peterburqun "Avrora" klubunun baş məşqçisi vəzifəsində çalışıb.