AÇG və "Şahdəniz"dən hasilatın həcmi açıqlanıb
2025-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından 16,2 milyon ton neft və 14,1 milyard kub metr qaz hasil edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hesabat ilində "Şahdəniz" yatağından isə 3,8 milyon ton neft və 27,9 milyard kub metr qaz hasil olunub.
