00:00:00
Yazar
Admin User
29.01.2026 15:05 60 1 dəq oxuma
İdman

AFCON finalında Seneqalın baş məşqçisi cəzalandırılıb

AFCON finalında Seneqalın baş məşqçisi cəzalandırılıb

2025-ci il Afrika Millətlər Kubokunun Mərakeşə qarşı finalında baş verən qalmaqallı hadisələrdən sonra Seneqalın baş məşqçisi Pape Tiaw beş oyunluq cəza alıb. Afrika Futbol Konfederasiyası onu idmana yaraşmayan davranışda və futbolun nüfuzuna xələl gətirməkdə təqsirli bilib və 100 min dollar cərimələyib.

 

18 yanvar tarixində Rabatda keçirilən və Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatan finalda, əlavə vaxtda Mərakeşə penalti verildikdən sonra Seneqal futbolçuları meydanı tərk edib. Oyuna təxminən 17 dəqiqəlik fasilə verilib, daha sonra futbolçular geri qayıdıblar. Penalti zərbəsini qapıçı Eduard Mendi dəf edib və matç başa çatıb. Qalib qolu əlavə vaxtın dördüncü dəqiqəsində Pape Geye vuraraq Seneqala son beş ildə ikinci çempionluğu qazandırıb.

Qarşılaşmadan sonra Seneqal və Mərakeş komandalarının futbolçularına da müxtəlif cəzalar verilib. Seneqal Futbol Federasiyası yüksək məbləğdə cərimələnib, Mərakeş tərəfinin nəticənin ləğvi ilə bağlı müraciəti isə rədd edilib. Verilən cəzaların yalnız Afrika Futbol Konfederasiyasının oyunlarına aid olduğu və dünya çempionatına hazırlığa təsir etməyəcəyi bildirilib.

 

BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər