00:00:00
Yazar
Admin User
16.01.2026 15:45 82 1 dəq oxuma
İdman

AFFA nümayəndələri Türkiyədə təcrübə səfərində

AFFA nümayəndələri Türkiyədə təcrübə səfərində

AFFA rəsmiləri Türkiyə Futbol Federasiyasına məxsus Riva Həsən Doğan Milli Komandaların Təlim-Mərkəzinə təcrübə səfəri ediblər. Səfər zamanı TFF nümayəndələri ilə infrastruktur sahəsində görüşlər keçirilib, təcrübə mübadiləsi aparılıb və təlim mərkəzinin ərazisinə baxış olub.

 

Mövzu ilə bağlı idman jurnalisti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında qeyd edib ki, bu praktiki yeniliklərlə bağlı, son baş verən hadisələrlə bağlı yəqin ki fikir mübadiləsi olacaq:

 

“Son intiraqtiv məsələrlən bağlı fikir mübadiləsi gözlənilir. AFFA-TFF layihələrində xüsusi bir layihə gözlənilmir. Çünki bizim federasiyamız zəif deyil, biz onlardan futbol cəhətdən zəif ola bilərik. Türklərdə də möhtəşəm dərəcədə deyil. Yeri gələndə bizim onlara öyrədə biləcəyimiz bəzi məqamlar var. Səfərlər həmişə yaxşıdır, yeni tanışılıqlar, inkişaf stragetiyasına uyğun olaraq yeni mövzular əldə edirsən. Yəni bu istiqamət çox yaxşıdır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər