AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salınıb
AFFA-nın bayrağı altında təşkil edilən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar təxirə salınıb.
“İnformator.az” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Daha əvvəl U-15, U-16, U-17 və Gənclər Liqasının bu həftəsonuna nəzərdə tutulan matçlarının təxirə salındığı bildirilib.