AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva beynəlxalq təyinat alıb.
"İnformator.az" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. O, 2025/2026 mövsümündə qadınlar arasında Çempionlar Liqası çərçivəsində Albaniyada keçiriləcək miniturnirin UEFA nümayəndəsi olacaq.
