00:00:00
Yazar
Admin User
15.09.2025 17:39 110 2 dəq oxuma
İdman

AFFA Santuşa təzminat ödəməyib - Menecerini gözləyirlər?

AFFA Santuşa təzminat ödəməyib - Menecerini gözləyirlər?

"Fernandu Santuş Azərbaycan millisindən ayrılsa da, onun hələ də gündəmdə olan məsələsi təzminat məsələsidir. Rəqəmlərlə bağlı müxtəlif iddialar səslənir. Razıyam, mən eşitdiyim rəqəm 4.000.000 civarındadır. Sadəcə onu deyə bilərəm ki, portuqaliyalı mütəxəssisə nə qədər təzminat ödəniləcəyi, həqiqətən maraq doğurur".

 

 

 Bu sözləri Todaypress.tv saytının redaktoru Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, istefa günündə Santuş özü bu barədə müzakirə aparmaqdan imtina edib və portuqaliyalı mütəxəssis bildirib ki, bu məsələlərə nümayəndəsi aydınlıq gətirəcək:

 


"Əsas söhbət həmin nümayəndə ilə AFFA rəhbərliyi arasında gedir. Santuş 2027-ci ilə qədər müqaviləsi var idi və bildiyiniz kimi, onun qarşısına müəyyən məqsədlər qoyulub. Elə Santuş mətbuata verdiyi açıqlamasında layihəsini bir daha xatırladıb. Bu, həm Azərbaycan Futbol Federasiyası tərəfindən 2024-cü ilin iyununda ona verilən əsas vəzifənin, Azərbaycan futbolunun texniki və infrastruktur baxımından təməlini yenidən qurmaq olub. Santuş bütün bunları etməklə 2028-ci il Avropa çempionatının seçmə mərhələsinə rəqabətə davamlı bir komanda çıxarmalı idi. Ola bilsin, ona görə Santuş bax bu ərəfədə keçirilən yarışlarda özünü çox rahat hiss edib və uğradığı məğlubiyyətlər onu heç narahat etməyib. Çünki bunun qarşısına uzunmüddətli bir proqram qoyulub".

 

Müsahibimizin sözlərinə görə, ona görə də çox güman ki, Millətlər Liqası oyunlarına, əsasən yoldaşlıq görüşləri səviyyəsində keçirilir:

 

"Amma Millətlər Liqasında büdrəməni yoldaşlıq oyunlarında müəyyən mənada nümayiş etdirməklə özünə bir növ bəraət qazandıraraq onun millidən qovulması bir il gecikdirilib. Həqiqətən, təzminat məsələsi AFFA-nın həm nüfuzuna təsir edəcək, həm də AFFA-nın bu uğursuz seçimi onun nüfuzuna çox təsir göstərəcək. Çünki Fernandu Santuş Azərbaycanda fəaliyyət göstərən əcnəbi mütəxəssislər arasında ən zəifi olub. Qazanılan xallar baxımından əldə olunmuş qələbələr, məğlubiyətlər və s. onu zəif məşqçilərdən biri edir. Yekun qərarın uzanması Azərbaycan futboluna hansı mesajı verir? Birmənalı olaraq yekun qərar uzanması, əgər AFFA Santuşla müqaviləyə xitam verirsə, təzminat ödəməlidir və o təzminatda da qaydalar var. Müqavilə üç illikdir, bir illik nəzərdə tutulub, məhz o üç ilin bir ili keçib, yerdə qalan rəqəmlərə uyğun xarici məşqçiyə təzminat ödənilməlidir. Ona görə də, hazırda müzakirələr çox uzun müddət tələb edir. Azərbaycan futbolu son düzgün olmayan qərarlardan sonra yekun bir qərar çıxarmalıdır. Mən düşünürəm ki, hazırda yerli mütəxəssisin baş məşqçi postunda olmasının vaxtı artıq yetişib. Layiqli məşqçilərimiz də var. Tərcüməçi ilə futbolçuya fikrimi çatdırmaqdansa, elə öz doğma dilimizdə mütəxəssis öz fikrini, futbolçulara çatdırması yerinə düşər. Bu, hələ gündəmdə qalan bir məsələdir. Ona görə bu barədə çox danışmaq mümkündür".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər