Afrika Millətlər Kubokunda favoritlər finalda
Afrika Millətlər Kubokunda bu dəfə sürprizlər baş verməyib. Qitənin ən güclü iki komandası - Mərakeş və Seneqal finala yüksələrək reytinqlərin özünü doğrultduğunu göstərib.
Yarımfinalda Seneqal Misiri 1:0, Mərakeş isə Nigeriyanı penaltilər seriyasında məğlub edib. Turnir boyunca favoritlərin mərhələli şəkildə irəliləməsi nəticəsində ən güclü komandalar həlledici oyuna vəsiqə qazanıb. Ev sahibi Mərakeş son matçlarda sabit və inamlı oyun nümayiş etdirərək tarixində ikinci dəfə çempionluğa yaxınlaşıb. Final görüşü Afrika futbolunun iki aparıcı komandası arasında keçiriləcək.
Reuters
Mələk Nəsirli
