00:00:00
Yazar
Admin User
24.01.2026 14:26 82 1 dəq oxuma
İdman

Afrikada çıxış edən futbolçu Azərbaycana qayıda bilər

Afrikada çıxış edən futbolçu Azərbaycana qayıda bilər

Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubunda çıxış edən futbolçu Turan Manafov Azərbaycana qayıda bilər. 27 yaşlı müdafiəçi “Qəbələ” ilə danışıqlar aparır.

"İnformator.az" xəbər verir ki, bu barədə “Qəbələ”nin məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Turan Manafov 2025-ci ilin yayından “Stellenboş”da çıxış edir. O, cari mövsüm ərzində CAR təmsilçisi ilə 9 oyunda meydana çıxıb. Manafov bu klubdan öncə “Kəpəz”in şərəfini qoruyub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər