Ağ Ev şərh edib
ABŞ və İran arasında bu həftə keçiriləcək danışıqlar vurulan PUA ilə bağlı insidentə baxmayaraq, hələ də qüvvədədir.
"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt "Foks Nyus" telekanalına müsahibəsində bildirib.
"Xüsusi nümayəndə Stiv Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır. Hazırda görüş hələ də planlaşdırıldığı kimi qalır", - Livitt deyib
