00:00:00
Yazar
Admin User
16.07.2023 12:04 254 2 dəq oxuma
Sosial

Ağ ölümün aldığı canlar

Ağ ölümün aldığı canlar

Ağ ölüm can almağa davam edir. 2023-cü ilin yanvar iyun ayları ərzində narkotik vasitələrin aşırı dozada qəbul edilməsi səbəbilə 92 nəfər vəfat edib. Ümumilikdə isə 2018-2023 cü ilin statistikasına görə 975 nəfər ağ ölümün qurbanı olub. Səhiyyə

Nazirliyinin məlumatına əsasən, bu ilin birinci yarısında 2877 nəfər narkoloji xəstə kimi qeydiyyata götürülüb. Onlardan 70 nəfəri qadınlardır. Gənc, yaşlı ,qadın və kişi tanımadan həyat məhv edən narkotika bütün dünya üçün təhdidə çevrilib. BMT Xüsusilə metanfetaminin qlobal miqyasda yayılmasından narahatdır. Çünki 2021-ci ilə olan məlumatına əsasən dünyada ən çox istifadə edilən sintetik tərkibli narkotik vasitə məhz metanfetamindir.

Eyni zamanda son illər dünyada kokain istehsalında ciddi artım tempi müşahidə olunur. Əlbəttə bütün bu göstəricilər insan ölümlərində öz əksini tapır. Narkotik vasitələr İldə birbaşa və dolayı yolla təqribən 11.8 milyon insanın həyatına son qoyur. 

Azərbaycanda qeydə alınan yüksək doza səbəbli Ölüm hallarında ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin də payı var. Xarici ölkə mənşəli narkotik maddələrinsə təxminən 95 faizdən çoxu İrandan ölkə ərazisinə daxil olub. 2022-ci ilin statistikasına görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb edilən 99 xarici ölkə vətəndaşının 48i İran İslam Respublikasındandır. 2023cü ilin ilk 6 ayı ərzində gömrük orqanları tərəfindən 48 fakt üzrə ümumilikdə 637 kiloqram 246 qram narkotik vasitə və psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DGK-nın İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi Tale Məhərrəmovun sözlərinə görə, göstərilən faktlar üzrə aparılmış istintaq zamanı 49 nəfər məsuliyyətə cəlb edilib. Həmin şəxslərdən 16-sı Azərbaycan respublikası vətəndaşı 33-ü isə əcnəbilər olub. Aşkar edilən narkotik vasitə və psixtrop maddələrin əsas əksəriyyəti ölkənin cənub sərhəddlərində Astara və Biləsuvar dövlət sərhəddindən buraxılış məntəqələrində aşkar edilib. Eyni zamanda 2023-cü ilin ilk 6 ayı ərzində gömrük orqanlarınımn fəaliyyəti nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və qaçaqmalçılıqla məşğul olan 7 cinayətkar qrup ifşa edilərək məsuliyyətə cəlb edilib. 

Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi üzrə cinayət hallarının sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 103 fakt artıb. Cinayət işlərinin istintaqı nəticəsində 4277 nəfər istintaqa cəlb edilib. 2018-2022-ci illər ərzində 4 dövlət orqanı ümumilikdə 22 ton 182 kiloqram 41 qram müxtəlif növ narkotik vasitəni dövriyyədən çıxarıb. Daxili işlər Nazirliyinin baş narkotiklərlə mübarizə idarəsindən verilən məlumata görə, son dövrlər narkotik vasitələrin daha çox onlayn formada satışı geniş yayılıb. 

 

 

LEYLA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər