Ağacları hansı halda budamaq olar?
Rayon ərazisində qeydə alınan parkların birində çinar ağacı budağının sınması, nəticədə 2000-ci il təvəllüdlü Seymur Məmmədovun üzərinə düşüb. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakıda da belə ağacların çoxluq təşkil etdiyini bilirik. Ağacların vaxtında budanması hansı səviyyələrdə həyata keçirilir? Bu cür təhlükəli halların qarşını almaq üçün hansı tədbirlər həyata keçirilməlidir?
Məsələ ilə bağlı, ekoloq Rövşən Abbasov informator.az-a açıqlamasında bildirib ki, ağacların bu cür budanması mütəmadi monitorinq əsasında həyata keçirilməlidir.
“Bunu ya yerli qurumlar, ya da rayonda Yaşıllaşdırma idarəsinin müvafiq işçiləri həyata keçirməlidir”.
Ekoloqun sözlərinə görə, bəzi hallarda bu kəsilmələrə icazə verilmir.
"Ona görə də müxtəlif qurumların nümayəndələri bu məsələni bir yerdə həll etməlidir. Həmin yerə gəlib baxış keçirməlidirlər, təhlükəli yerləri olanları müəyyən etməlidirlər və bundan sonra həmin qol və budaqların kəsimi işi aparılmalıdır."
Aynur Babayeva
