00:00:00
Yazar
Admin User
23.08.2023 06:05 311 2 dəq oxuma
Sosial

Ağacların qəniminə çevrilən elanlar və reklam lövhələri

Ağacların qəniminə çevrilən elanlar və reklam lövhələri

Tez-tez tarixi ərazilərə müdaxilə edildiyi məsələsi gündəmə gəlir. Amma müdaxiləyə məruz qalan tək tarixi abidələr deyil, həm də ağaclardır. Divar, yer tapmayanlar oksigen ehtiyacımızı ödəyən ağacları seçiblər. Paytaxtın bir neçə ərazisində müşahidə aparmaq kifayətdir ki, belə faktlarla qarşılaşasan.



İş elanları, ev elanları, bir çox elanlar. Bəzən bunları əlçatan etmək üçün şəhərimizdə olan ağacları hədəf seçənlər də az deyil. Bu da təbii ki, həm şəhərin görüntüsünə xələl yetirir, həm də oksigen mənbəyimizə ziyan vurur. Bununla yanaşı, ağaclardan zibilqabı kimi istifadə edənlər və öz obyektlərini bəzəmək üçün ağaclara ziyan vuranlar da az deyil.

 

ETSN-nin rəsmisi bildirib ki, ağaclara hər hansı səbəbdən mismar və digər kəsici-deşici alətlə zərər vurulması faktları aşkarlandıqda dərhal bu əməli törədən şəxs və ya şəxslərlə maarifləndirici söhbətlər aparılır, onlara xəbərdarlıq edilir. Amma, təəssüf ki, bu hal yenə də davam edir.

 

ETSN Yanında İctimai Şuranın sədri Amin Məmmədov hesab edir ki, ağacların bir çoxunda müxtəlif xəstəliklər formalaşır: “O xəstəliklər nəticəsində bəzən ağaclar çürüyərək məhv olmaya məruz qalırlar. Bununla da artıq o qabıq onun qoruyucu təbəqəsi olduğuna görə, o ağaca xəsarət yetirdikdə, zərər vurduqda bu gələcəkdə artıq ağacın hər hansı bir keçici infeksiyon və sairə, böcəklərlə keçən xəstəliklərə qarşı həssaslığını daha da artırır”.

 

Bu da ağacın bir müddət sonra məhv olmasına gətirib çıxarır. "Həmin əməli törədənlərin qanunla da cəzası var", - deyir hüquqşünaslar.

 

Hüquqşünas Anar Ramazanov deyir ki, yaşıllıqların qəsdən zədələnməsinə görə, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə min manat miqdarında inzibati məsuliyyətə cəlb oluna və cərimə oluna bilərlər: “Burada başqa bir hal da var. Əgər vurulan ziyan deyək ki, xeyli miqdarda olarsa bu zaman artıq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə həmin şəxslər cinayət məsuliyyəti daşıya bilərlər. Bu zaman cinayət məsuliyyəti daşıyanda 100 manatdan 2 min manatadək cərimə və 1 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər”.

 

Anar Ramazanov onu da əlavə etdi ki, əgər bu əməllər 7 min manatdan yuxarı zərərvurma ilə müşaiət olunarsa, bu zaman artıq həmin şəxs 2 ilə qədər azadlıqdan məhdrumetmə ilə cəzalandıra bilər.

 

Zeynəb

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər