00:00:00
Yazar
Admin User
13.09.2023 20:46 348 2 dəq oxuma
Sosial

AĞALIYA KÖÇ DAVAM EDİR

AĞALIYA KÖÇ DAVAM EDİR

  Daha 123 nəfər doğma yurda köçürüldü. Abşeron rayonunun Masazır kəndindən Zəngilanın yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Bu köçün püşkatması sentyabrın 8-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

  İşğaldan azad olunmuş ərazilərdə ilk ağıllı kənd konsepsiyası əsasında salınmış Ağalı kəndinə köç karvanı davam edir. Bu köç karvanında Bakı, Sumqayıt, Abşeronda müvəqqəti məskunlaşan artıq keçmiş məcburi köçkünlər zəngilanlılar yer almaqdadır. Onlar vaxtı ilə Ermənistanın dağıtdığı 1-ci, 2-ci və 3-cü Ağalı kənd sakinləridir. Ağalı kənd sakini Qəhrəman Mahmudov 2 qardaşını, anasını dəfn edib gedir doğma yurduna. Amma atasının qəbrini ziyarət edəcəyi, vətənində gözəl gözəl günlər yaşayacağı üçün xoşbəxtdir.

  Allahverdi Mahmudov oraları görməsə də, ata yurdu, baba yurduna qovuşduğu üçün sevinclidir. Gövhər Hüseynova isə deyir ki, yenidən o torpaqlarda Mübarizlər, Poladlar böyüdülməlidir. Çünki tarix təkrarlanır, ermənilər rahat durana oxşamırlar.

  Qeyd edək ki, bu, Ağalıya köçün sayca 5-ci mərhələsidir. İlk mərhələdə kəndə 4  karvan yola salınıb. Bu mərhələdə 41 ailə və ya 201 nəfərin doğma yurda qayıdışı təmin edilib. İkinci mərhələdə Ağalıya 2 köç karvanı yola salınıb ki, burada da 66 ailə və ya 326 nəfər köçürülüb. 3-cü mərhələdə isə Ağalıda 86 ailənin, yəni 420 nəfərin daimi məskunlaşması təmin edilib. 4-cü mərhələdə 22 ailə - 106 nəfər, və nəhayət bu gün baş tutan 5-ci mərhələnin ilk karvanı ilə 25 ailə və ya 123 nəfər nəfərin yurd həsrətinə son qoyulub. Bununla da Zəngilanın Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 133-ə və ya 649 nəfərə çatıb. Əhalinin kəndə köçürülməsi davam etdirilir.

MAHMUD

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər