00:00:00
Yazar
Admin User
07.08.2023 07:40 238 1 dəq oxuma
Sosial

Ağalıya köçdə ikinci püşkatma keçirildi

Ağalıya köçdə ikinci püşkatma keçirildi

Növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Püşkatmada 22 ailə iştirak edib. Onlar ailə tərkibinə uyğun olaraq, fərdi yaşayış evləri ilə təmin olunub. 


Püşkatmada iştirak edən 106 nəfərin ailə tərkibinə uyğun olaraq,  onlardan 9-u üç otaqlı, 9-u dörd otaqlı, 5-i beş otaqlı fərdi yaşayış evi ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər. Püşkatmanın iştirakçıları doğma yurda qayıdışıdan çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər.

 

Qeyd edək ki, püşkatmada iştirak etmiş ailələr, qrafikə uyğun olaraq, avqustun 12-də Ağalı kəndinə yola salınacaqlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər