Ağdamda güclü yanğın başlayıb
Ağdamda növbəti güclü yanğın başlayıb.
"İnformator.az" xəbər verir ki, quru ot və kol sahələrində baş verən yanğın rayonun Novruzlu kəndi ərazisində qeydə alınıb.
Yanğın baş verən əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib. Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdir.
