00:00:00
Yazar
Admin User
04.12.2024 19:46 303 1 dəq oxuma
Maraqlı

Ağızda bakteriya yaradan qidalar...

Ağızda bakteriya yaradan qidalar...

Diş sağlamlığını qorumaq yalnız fırçalamaq və diş ipindən istifadə etməklə bitmir, qidalanma da mühüm rol oynayır. Şəkər, turşu və karbohidratla zəngin qidalar (şirniyyat, qazlı içkilər, quru meyvələr) diş minasını zəiflədir. Süd, yaşıl çay, su isə mina qatını gücləndirir və faydalı tüpürcək istehsalını artırır.

 

Diş sağlamlığı üçün zərərli qidalar:

 

Şirniyyatlar və qazlı içkilər: Şəkər dişlərə yapışır, bakteriyaların çoxalmasına səbəb olur.

 

Quru meyvələr və kartof cipsi: Yapışqanlıqla çürükləri sürətləndirir.

 

Spirtli içkilər və turşular: Ağızı qurudur, minaya zərər verir.

 

Sitrus meyvələri: Turşu səbəbindən həssaslıq yaradır.

 

Diş sağlamlığı üçün faydalı qidalar:

 

Süd və süd məhsulları: Kalsium və proteinlə minanı qoruyur.

 

Yaşıl çay: Çürüməyə qarşı müdafiə edir.

 

Şəkərsiz saqqız: Tüpürcək ifrazını artırır.

 

Su və ispanaq: Ağız gigiyenasını dəstəkləyir, dişləri təmizləyir.

 

Düzgün qidalanma ilə yanaşı, mütəmadi diş həkimi müayinəsi də vacibdir.

 

Mənbə: NTV 

Nərgiz Orucova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər