00:00:00
Yazar
Admin User
31.07.2023 11:48 244 1 dəq oxuma
Sosial

Ağstafada bədbəxt hadisə

Ağstafada bədbəxt hadisə

Ağstafada bədbəxt hadisə baş verib. Rayonun Eynallı kəndində qeydə alınan partlayış ev sahibinin ağır xəsarət alması ilə nəticələnib. Kənd sakini 52 yaşlı Qabil İmamverdiyev evində qaynaq işi görərkən qaz balonu qəfildən partlayıb. Nəticədə Qabil İmamverdiyev bədənin çoxsaylı dəqiqləşdirilməmi dərəcəli termik yanığı diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəsətənasına yerləşdirilib. Ona ilkin yardım göstərilərək yanıq şokundan çıxarılıb. Daha sonra vəziyyəti ağır olduğu üçün xəstə Bakı Yanıq Mərkəzinə göndərilib. Qabil İmamverdiyev baytarlıq aptekində əczaçı olaraq fəaliyyət göstərib. Faktla bağlı araşdırma aparılır.


Hadisəyə şahid olmuş Məftun Şükürovun sözlərinə görə, evdə olduğu zaman partlayış səsi eşidib. Yaxınlaşdıqda oksigen balonunun partladığına şahid olub. “Sağ qol, sağ ayaq ümumiyyətlə, sağ hissəsi, sifəti yanıb.Təcili Yardım ilə Bakıya yola saldıq”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər