Ahılların Şəki şəhərinə səfəri təşkil olundu
Ahıların Şəki şəhərinə səfəri təşkil olundu
“Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyi Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Ahıllar üçün günərzi qayğı mərkəzinin fəaliyyətinin təşkili” layihəsi Qax rayonunda öz işini davam etdirir.
Ahılları asudə vaxtının səmərəli keçməsi üçün onlara müxtəlif gəzintilər təşkil edilir. Növbəti gəzinti Şəki şəhərində təşkil olundu.
Şəki şəhərində səfərdə olan ahıllar əvvəlcə Xan Sarayını, Karvansarayı ziyarət etdilər. Sonra Şəki şəhərinin qədim adət-ənənələri ilə tanış oldular.
Şəki şəhərinə səfər ahıllarda xoş təəssürat, gözəl əhval - ruhiyyə yaratdı. Onlar bu səfərin təşkilinə görə layihə rəhbəri İradə Nəsirovaya öz minətdarlıqlarını bildirdilər.
