00:00:00
Yazar
Admin User
06.01.2026 18:30 60 1 dəq oxuma
Dünya

Aİ artıq qlobal nizamın təminatçısı deyil

Aİ artıq qlobal nizamın təminatçısı deyil

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) qlobal geosiyasi güc kimi fəaliyyət göstərmək qabiliyyətini şübhə altına alıb. Onun sözlərinə görə, Aİ artıq beynəlxalq nizamın təminatçısı funksiyasını yerinə yetirmir.

 

Papuaşvili bu fikirləri “Facebook” hesabında paylaşdığı açıqlamada səsləndirib. O bildirib ki, ABŞ ilə bağlı son beynəlxalq proseslər Avropa İttifaqının dünya siyasətində təsir imkanlarının zəiflədiyini açıq şəkildə ortaya qoyub.

 

Gürcüstan parlamentinin spikeri Venesuelada baş verən və onun iddiasına görə cəmi bir neçə dəqiqə davam edən hadisələrin Aİ-nin qlobal nizamı formalaşdırmaq və ya qorumaq qabiliyyətini itirdiyini nümayiş etdirdiyini vurğulayıb. Papuaşvili hesab edir ki, Aİ-nin bu rolu yenidən bərpa etməsi də real görünmür.

 

“Artıq aydın olub ki, maraqlarına uyğun gəldiyi hallarda Brüssel dünya nizamının dağıdılmasından çəkinmir və bundan öz xeyrinə istifadə edir”, – deyə o qeyd edib.

 

Papuaşvili eyni zamanda Avropa İttifaqının Gürcüstana münasibətini də tənqid edərək, Brüsselin beynəlxalq hüququ pozan addımlar atdığını iddia edib. Lakin o, konkret olaraq hansı addımları nəzərdə tutduğunu açıqlamayıb.


ANEWZ

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər