00:00:00
Yazar
Güllər Gülhüseynova
18.02.2026 20:42 13 1 dəq oxuma
Dünya

Aİ Komissiyasından şərq sərhəd bölgələrinə yeni dəstək planı

Aİ Komissiyasından şərq sərhəd bölgələrinə yeni dəstək planı

Aİ Komissiyasından şərq sərhəd bölgələrinə yeni dəstək planı

 

Avropa Birliyi Komissiyası Rusiya-Belarus-Ukrayna sərhədindəki şərq bölgələrinin təhlükəsizlik və iqtisadi baxımdan gücləndirilməsi məqsədilə infrastruktur, enerji, nəqliyyat, məşğulluq və investisiyaları əhatə edən yeni dəstək planı başladığını açıqlayıb.

 

Aİ Komissiyasının açıqlamasında bildirilir ki, Birliyin Rusiya-Belarus-Ukrayna sərhədindəki şərq bölgələrini gücləndirməsi müharibənin təsirlərini azaltmaq baxımından önəmlidir.

 

Eyni zamanda, bu dəstəyin Avropanın təhlükəsizliyi, iqtisadi rəqabət qabiliyyəti və sabitliyi üçün strateji investisiya xarakteri daşıdığı vurğulanıb. Açıqlamada, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstandakı bəzi sərhəd bölgələrinin təhlükəsizlik riskləri, nizamsız miqrasiya təzyiqi, ticarətin pozulması və əhalinin azalması kimi problemlərdən daha çox təsirləndiyi qeyd edilib.

 

Açıqlamada həmçinin vurğulanıb ki, Aİ müharibənin başlanmasından bəri bu bölgələrə infrastruktur yatırımları, iqtisadi dəstək, müdafiə qabiliyyətinin artırılması, enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də məşğulluğun dəstəklənməsi sahələrində yardım göstərib.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#xəbər #şərq #sərhəd #yeni #bölgələrinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər