00:00:00
Yazar
Güllər Gülhüseynova
26.06.2026 17:30 14 1 dəq oxuma
Dünya

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilin martınadək uzatmağı planlaşdırır

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilin martınadək uzatmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) müharibə səbəbindən ölkəni tərk etmiş ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilin martınadək uzatmaq, eyni zamanda, yeni gələn çağırış yaşlı kişiləri proqramdan əvvəlki kimi xaric etmək niyyətindədir.

 

"İnformator.az" xəbər verir ki, təklif müharibədən qaçaraq Aİ ölkələrində sığınacaq tapmış təxminən 4,4 milyon Ukrayna vətəndaşının hüquqi statusunun qorunub saxlanılmasını nəzərdə tutur.

 

Brüssel Ukraynada təhlükəsizliklə bağlı vəziyyətin qeyri-sabit qalması səbəbindən müdafiə mexanizmlərini əvvəlki kimi vacib hesab edir.

 

Eyni zamanda, Avropa Komissiyası hərbi vəziyyət tətbiq edildikdən sonra Ukrayna hakimiyyətinin ölkədən çıxışına qadağa qoyduğu yeni gələn çağırış yaşlı kişilərə müvəqqəti müdafiə rejiminin şamil edilməməsi ilə bağlı əvvəllər müzakirə olunan təşəbbüsü dəstəkləyib. Avropa Komissiyası bunu ölkənin müdafiə qabiliyyətinin qorunub saxlanılmasının zəruriliyi ilə izah edib.

#martınadək #planlaşdırır #müdafiəsini #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər