00:00:00
Yazar
Lalə Qafarova
26.03.2026 20:36 17 2 dəq oxuma
Dünya

Aİ və Çin münasibətləri yenidən yaxınlaşır: Ukrayna və Tayvan əsas müzakirə mövzuları olub

Aİ və Çin münasibətləri yenidən yaxınlaşır: Ukrayna və Tayvan əsas müzakirə mövzuları olub

24 martda Brüsseldə Avropa İttifaqı ilə Çin iki ildən sonra hərbi məsləhətləşmələr keçirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, son aylarda Avropa İttifaqı ilə Çin münasibətləri dərinləşdirməyə çalışır:

 

"Əvvəlcə qeyd edək ki, Ukrayna müharibəsinin başlanmasından sonrakı təxminən iki il ərzində Çinlə Avropa arasında münasibətlər o qədər də yaxşı olmayıb. Onları yaxşılaşdırmaq üçün ciddi addımlar atılmayıb. Çünki Çin Rusiyanın müttəfiqi kimi Ukrayna müharibəsində əsasən onun tərəfində dayanırdı. Eyni zamanda, Avropa Rusiyanın neftindən imtina etdiyinə görə Çin bundan istifadə edərək Rusiyadan daha ucuz neft alırdı.

Lakin Tramp Avropaya və Çinə qarşı eyni dərəcədə sərt ticarət tarifləri tətbiq etməyə başlayandan sonra tərəflər bir-birinə yaxınlaşmağa başladı. Əlaqələr tədricən bərpa olundu. Bir vaxtlar Avropa Çindən idxal olunan avtomobillərə və elektromobillərə yüksək tariflər tətbiq etsə də, sonradan münasibətlər tənzimlənməyə başladı.

Hazırda Trampın Yaxın və Orta Şərqdə sərt siyasəti gücləndikcə, Avropa İttifaqının Çinlə daha da yaxınlaşdığı müşahidə olunur. Təbii ki, bu yaxınlaşmada hər iki tərəfin maraqları var. Avropa İttifaqı Trampın siyasəti nəticəsində Avroatlantik məkanın zəiflədiyini görür. Avropa ölkələri ABŞ ilə münasibətlərin Trampın hakimiyyəti dövründə sabit olmayacağını anlayır. Trampın nə qədər hakimiyyətdə qalacağı və bu siyasətin gələcəkdə davam edib-etməyəcəyi isə hələlik məlum deyil. Bu şəraitdə Avropa İttifaqı ən azı iqtisadi maraqlarını qorumaq üçün Çinlə münasibətləri yaxşılaşdırmağa çalışır. Eyni zamanda, Avropa İttifaqı Çinin Ukrayna məsələsindəki mövqeyini dəyişməyə cəhd edir. Çünki Çin hazırda Ukraynadakı müharibədə Rusiyanın əsas tərəfdaşlarından biridir. Çinin mövqeyinin dəyişməsi isə Avropa İttifaqı ilə Rusiya arasında müəyyən razılaşmaların əldə olunmasına kömək edə bilər".

 

Reyhan Quliyeva

#mövzuları #ukrayna #yeni #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər