00:00:00
Yazar
Admin User
20.11.2023 16:48 660 2 dəq oxuma
Sosial

Ailə tərkibi və sosial yardım

Ailə tərkibi və sosial yardım

Ünvanlı Dövlət Sosial yardıma həqiqətən də ehtiyacı olan şəxslərin demək olar ki, əksəriyyəti hazırda ondan yararlana bilmirlər. Çünki, ya etibarnamə ilə avtomobil sürürlər, ya adlarına əkin sahələri var. Amma məsələ ondadır ki, maddi imkan olmadığı üçün onlar adlarındakı torpaqda heç bir iş görə bilmirlər, günlük xərclərini qarşılamaq üçün isə məcburən kiminsə maşını ilə taksi fəaliyyəti ilə məşqul olurlar. Axı imkanı olan niye sosial yardım istəsin?

 

İnformator.az xəbər verir ki, hazırda əksəriyyət elə hesab edir ki, Ünvanlı Dövlət Sosial yardımı heç bir yerdən gəliri olmayan şəxslərə verilməlidir. Amma əslində belə deyil, nə qədər qəribə səslənsə də mövcud qanunla sözügedən ödənişdən yalnız rəsmi iş yeri olanlar və vergi ödəyiciləri yararlana bilər.

 

Məsələ ilə bağlı Milli Məclisin üzvü Vüqar Bayramov açıqlamasında deyir ki, sosial yardım ailənin gəliri hesabına müəyyənləşir.

 

“Ailənin adam başına düşən gəliri: məsələn ailədə 4 nəfər varsa və onun ailə üzvlərinin gəliri indiki ehtiyac meyarına uyğun 270 manat, növbəti ildən etibarən 270 manatdan azdısa, bu halda həmin ailə üvanlı sosial yardıma müraciət edə bilir”.

 

Sosial yardımdan yararlana bilməyənlər arasında etibarnamə ilə avtomobil idarə edənlər, adlarına əkin sahəsi olanlar və aylıq kommunal xərcləri 40 manatı keçənlər də var, özü də onların sayı az deyil. Qarşılarını kəsən başlıca səbəb isə vergi ilə bağlıdır, deyilir.

 

Vüqar Bayramov isə deyir ki, torpaqdan istifadə zamanı sabit vergi ödənişlərinin həyata keçirilməsi və bununla da vətəndaşımızın torpaq üzərində mülkiyyət hüququ ilə yanaşı, eyni zamanda həmin torpaqdan gəlir əldə etdiyini göstərməsi və təsir etməsidir.

 

"Təbii ki, digər məqam vətəndaşlarımızın bəzi hallarda adına torpaq olduğu halda hətta ondan istifadə etdiyi halda həmin ödənişləri etməməsi ilə bağlıdır. Həmin ödənişlər ödənilmədiyi üçün vətəndaşımızın torpaqdan gəlir əldə edib etmədiyi müəyyənləşmir. Və nəticə etibarı ilə ünvanlı sosial yardımın müəyyənləşməsi mümkün olmur”.

 

Proses nə qədər qəliz görünsə də ekspertlər "hələ sadələşdirilib"-deyirlər. Amma müşahidə edilən problemlərin fonunda bu sadələşdirmənin o qədər də effektli olmadığı öz əksini tapıb. Ekspertlər hesab edir ki, problemin yeganə həlli yolu monitorinqlərdir.

 

İqtisadçı Rəşad Həsənov açıqlamasında deyir ki, Monitorinqlər zamanı ehtiyacı olan insanları müəyyən etmək mən düşünürəm ki, o qədər də çətin deyil.

 

“Ehtiyacı olmayan insanlardan ayırmaq o qədər də çətin deyil. Bu baxımdan da sadəcə qanunvericiliyin hansısa bəndinə istinad edib nədənsə imtina etməkdən çox, eyni zamanda burda həsaslıq nümayiş etdirmək lazımdır və həmçinin o həyata keçirilən qiymətləndirmə prosesləri zamanı da işin içində yəni ortaya çıxan nöqsanların sistemdən təmizlənməsi ilə bağlı təkliflər də hazırlanmalıdır”.

 

Başqa sözlə qanunvericiliyə dəyişiklik edilməlidir deyilir. Əks halda Dövlətin ünvanlı Sosial yardımını ÜNVANINA çatdırmaq qəliz olacaq.

 

Lamiyə Xəqaniqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər