00:00:00
Yazar
Admin User
29.09.2023 17:54 1397 2 dəq oxuma
Sosial

Ailələr hər zaman qarşılıqlı hörmət və sevgi əsasında qurulmalıdır-Gülnar Orucova

Ailələr hər zaman qarşılıqlı hörmət və sevgi əsasında qurulmalıdır-Gülnar Orucova

Son zamanlar tez-tez ailədaxili qətllər ilə bağlı xəbərlərə rast gəlirik. Səbəblər fərqli, lakin nəticələr eyni olur. Bəs ailədaxili qətllərin çoxalmasının səbəbləri nələrdir?

 

Bu mövzuyla bağlı psixoloq Gülnar Orucova "İnformator. az"a müsahibə verib. Ekspert hesab edir ki, ailədaxili münaqişələrin bir yox, bir neçə səbəbi var: "Birincisi qadınların hədsiz qısqanclığı, ikincisi həddən artıq sosial şəbəkələrə bağlılıq, üçüncüsü özlərini digər insanlarla və ya serial qəhrəmanları ilə müqayisə etmələri, dördüncüsü ailənin digər üzvləri ilə münasibətlərdə gərginliklərin olması, beşincisi xəyanətlərin çoxalması və digər səbəblərdir".

 

Psixoloq deyir ki, ailələr hər zaman qarşılıqlı hörmət və sevgi əsasında qurulmalıdır. Əgər ailədə ər və arvad bir-birini sevmirsə, hörmət etmirsə bu cür ailələrdə münaqişələr baş verəcək: "Bu gün münaqişələrin yaranma səbəbi daha çox qadına qarşı olunan zorakılıqlardır. Qadına qarşı zorakılıqların səbəbi bəzən qadınların işləmək, öz ayaqları üstündə durmaq istəyidir. Bəzən isə qadın qarşı tərəfdən nə isə tələb edir, həmin şəxs bunu edə bilmir və qadının etməyinə də icazə vermir. Tez-tez sosial şəbəkələrdə xəyanət hadisələri ilə qarşılaşırıq, bunun da səbəbi artıq iki şəxs arasında sevginin bitməsidir. Bəzən ailə münasibətində bütün bağlar qırılır, amma cəmiyyətdə bəzi "olmazlara" görə, etmək istədiklərimizi etmirik və təssüf ki, bu cür hadisələrin sonu faciələrlə bitir. Səbəbin nə olmağından asılı olmayaraq, kişinin qadının həyatına son qoymağa haqqı yoxdur".


Elspert yeni qurulan ailələrə 3 ildə övlad dünyaya gətirməyi planlaşdırmamağın tövsiyə edildiyini bildirib: "Çünki övlad doğulduqdan sonra ailədə münasibətlər pozulsa da övlada görə dözmək məcburiyyətində qalırlar. Ailə qurmağı planlaşdıranlar mütləq psixoloji testlərdən keçməlidirlər. Bizə müraciət edənlərin çoxuna sual veririk ki, "xanımınızla niyə yola getmirsiniz", bir cavab eşidirik "anamın seçdiyi qızdır, öz istəyim deyil". Gənclər öz sevdiyi insanla ailə həyatı qurmalıdırlar. Münasibətdə sevgi olanda bəzən nələrisə keçmək mümkün olur".


Gənclərin real olmayan münasibət qurmaqdan çəkinməli olduqlarını vurğulayan psixoloq valideynlərin övladlarını realist böyütmələrini məsləhət görür:

 

"Bəzən televiziyada, sosial şəbəkələrdə təntənəli həyatlar görürük və düşünürük ki, bizim də həyatımız belə olmalıdır. Xoşbəxtlik istəyən insan onu əziyyət çəkib yaratmalıdır. İnsan öncə özünü tanımalı və sevməlidir. Çünki insan özünü sevəndə özünə, qarşısındakına hörmət qoymağı bacarır. Hər bir ailədə zaman-zaman gərginliklər olur, bu, o demək deyil ki, sonu xəyanət və ya qətl olmalıdır. Cəmiyyətdə digər problem isə xəyanət edən qadını qətlə yetirəni "qəhrəman" kimi qarşılanmasıdır. Bu isə qətllərin çoxalmasına səbəb olur".


Asiman Hafizqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər