00:00:00
Yazar
Admin User
12.01.2026 16:43 73 1 dəq oxuma
Dünya

AKP sözçüsü Çelik

AKP sözçüsü Çelik

ABŞ Prezidenti Donald Trampın etirazların davam etdiyi İrana qarşı hərbi əməliyyatla hədələməsindən sonra, AKP sözçüsü Ömər Çelik “İstənilən xarici müdaxilə bölgəmiz üçün son dərəcə mənfi nəticələr doğurar”,- deyib. 

 

İranda iqtisadi narahatlıqlarla başlayan və qısa zamanda hakimiyyətə qarşı yönələn etirazlar ölkənin bir çox şəhərlərinə yayılıb. Minlərlə nəfərin həbs olunduğu bildirilir, BBC isə ən az 180 nəfərin öldüyünü təsdiqləyib. ABŞ - mərkəzli insan haqları təşkilatları isə ölənlərin sayının 500-ə yaxın olduğunu bildirir. Bu etirazlar 2022-ci ildə Mahsa Amini'nin həbsdə ölümü ilə başlayan nümayişlərdən sonra İranda baş verən ən böyük kütləvi aksiyalardır. Etirazçıları qoruyacağını deyən ABŞ Prezidenti Donald Tramp İrana hərbi müdaxilə ilə hədələyib, Tehran isə belə bir müdaxilə olarsa cavab veriləcəyini bildirib.

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər