00:00:00
Yazar
Səadət Əlizadə
28.05.2026 19:39 18 2 dəq oxuma
Media

Aleksandr Pulev: Azərbaycan Bolqarıstanın etibarlı strateji tərəfdaşıdır

Aleksandr Pulev: Azərbaycan Bolqarıstanın etibarlı strateji tərəfdaşıdır

Azərbaycan Bolqarıstanın etibarlı strateji tərəfdaşıdır.


 

"İnformator.az" xəbər verir ki, bunu həmin ölkənin Baş nazirinin müavini, iqtisadiyyat, sərmayə və sənaye naziri Aleksandr Pulev Sofiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda deyib.

 

Tədbirdə fəxri qonaq qismində Bolqarıstanın Baş nazirinin müavini, iqtisadiyyat, sərmayə və sənaye naziri Aleksandr Pulevlə yanaşı, energetika naziri İva Petrova, innovasiya və rəqəmsal transformasiya naziri İvan Vasilyev, turizm naziri İlin Dimitrov, xarici işlər nazirinin müavini səfir Kristo Polendakov və digər nazir müavinləri, Prezident və Baş nazirin administrasiyalarının yüksək vəzifəli nümayəndələri, parlamentin deputatları, şəhərlərin merləri, universitetlərin rektorları, Bolqarıstanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, iş adamları, media rəhbərləri, Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

 

Tədbirin rəsmi hissəsi Azərbaycan və Bolqarıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, sonra Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədov və Bolqarıstanın Baş nazirinin müavini Aleksandr Pulev çıxış ediblər.

 

E.Məmmədov çıxışında bu il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

 

Səfir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna rolunu xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və quruculuq işlərinin başlandığını, eləcə də davamlı sülhün təmin edilməsi məqsədilə Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh sazişinin paraflandığını bildirib.

 

İkitərəfli münasibətlərə toxunan E.Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı etimada, yüksək səviyyəli siyasi dialoqa və enerji, nəqliyyat, rəqəmsal bağlantılar, ticarət, mədəniyyət və təhsil sahələrində genişlənən əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın mövcud olduğunu vurğulayıb.

 

Çıxış zamanı humanitar və mədəni əməkdaşlığın inkişaf edən istiqamətlərinə xüsusi diqqət yetirilib, Şuşa və Veliko Tırnovo şəhərləri arasında qardaşlaşma münasibətləri, eləcə də Veliko Tırnovo şəhərində inşa olunacaq "Şuşa Parkı" layihəsinin iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın rəmzi olacağı vurğulanıb. Daha sonra bir neçə gün öncə Bakıda təşkil edilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yaratdığı qlobal və regional miraslara, "Şəhərsalma və Arxitektura İli" çərçivəsində görülən işlərə, Bakının və Azərbaycanın regionlarının tarixi, mədəni və dini memarlıq irs abidələrinə dair ətraflı məlumat verilib və Bolqarıstan Prezidentinin, merlərinin və akademik dairələrinin WUF13-də fəal iştirakına görə təşəkkür edilib.

#azərbaycan #gündəm #etibarlı #bolqarıstanın #strateji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər