00:00:00
Yazar
Zəhra Həsənova
11.06.2026 13:10 21 1 dəq oxuma
Siyasət

Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib - ŞƏRH

Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib - ŞƏRH

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki,Bu səfər Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın güclənməsinə xidmət edir:

 

“Azərbaycan ümumilikdə bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman böyük önəm verib. Serbiya da Azərbaycanın yaxın əməkdaşlıq etdiyi ölkələr sırasında xüsusi yer tutur. Xüsusilə, hərbi sahədə Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə öz hərbi potensialını daim gücləndirir. Serbiya hərbi texnika və müdafiə sənayesi sahəsində Avropanın diqqətçəkən ölkələrindən biridir. Bu baxımdan Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın inkişafı həm strateji, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, gələcəkdə Azərbaycan-Serbiya hərbi-texniki əməkdaşlığı daha da genişlənəcək və bu istiqamətdə yeni addımlar atılacaq. Belə əməkdaşlıq yalnız müdafiə sənayesinin inkişafına deyil, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin qorunmasına da töhfə verir. Bu, Azərbaycanın milli təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müdafiə naziri Zakir Həsənovun Serbiyaya səfərinin gələcək əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyini düşünürəm. Eyni zamanda, bu cür qarşılıqlı səfərlərin davamlı xarakter alması və əlaqələrin daha da dərinləşməsi hər iki ölkənin maraqlarına xidmət edəcək”.

 

#həsənovu #şərh #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər