00:00:00
Yazar
Güllər Gülhüseynova
10.06.2026 13:34 21 1 dəq oxuma
Dünya

Ali Rada Ukraynanın müdafiə xərclərinin 39 milyard dollar artırılmasını təsdiqləyib

Ali Rada Ukraynanın müdafiə xərclərinin 39 milyard dollar artırılmasını təsdiqləyib

Ukrayna Ali Radası 2026-cı il dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərclərinin 1,56 trilyon qrivna (39 milyard dollar) artırılmasını nəzərdə tutan dəyişiklikləri dəstəkləyib.

 

Bu barədə "İnformator.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.

 

Məlumata görə, qərarı 242 deputat dəstəkləyib. 19 deputat qərarın əleyhinə səs verib, 17 nəfər isə bitərəf qalıb.

 

Qeyd olunub ki, təhlükəsizlik və müdafiə xərclərinin əsasən Avropa İttifaqının "Ukraine Support Loan" (USL) proqramı hesabına artırılması planlaşdırılır.

#baki #artırılmasını #xərclərinin #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər