00:00:00
Yazar
Admin User
26.10.2023 12:25 324 2 dəq oxuma
Sosial

Ali təhsil tələbi aradan qaldırılmalıdır

Ali təhsil tələbi aradan qaldırılmalıdır

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunan şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.
Bu ifadə Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Eyni zamanda plenar iclasda bəzi rüsumların azaldılması və ləğvi, peşə təhsili ilə bağlı qanun layihələri də qəbul edilib.

 

Milli məclisin üzvü Tural Gəncəliyev Arb xəbərə açıqlamasında deyib ki, plenar iclasında deputatlar Fransa-Ermənistan münasibətləri, Parisin müstəmləkə siyasətini, həmçinin Ermənistanı silahlandırması məsələlərinə diqqət çəkiblər. Deputat qeyd edir ki, cari məsələlərdən sonra gündəlikdə olan 16 məsələdən 12 – i 3-cü oxunuşda qəbul edilib.

 

“Dövlət rüsumu haqqında qanun layihəsində edilən dəyişikliyə əsasən fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması üçün Bazar qiyməti 100 dollardan çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlardan 20 manat deyil 15 manat rüsum alınacaq. Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 20 manat, 101 dollarından 200 dollara qədər 30, 201 dollarından 400 dollarına qədər 40, 401 dollarından 700 dollara qədər 50 manat, 701 dollarından 1000 dollarına qədər olduqda – 70 manat olacaq. Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat. Arxiv sənədlərinə çıxarışların verilməsi üçün rüsum isə ləğv edilir".

 

“Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişikliklə müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Təhsil haqqında qanun layihəsi də diqqətdə saxlanılanıldı.

 

Deputat Fazil Mustafa isə deyir ki, peşə məktəbini bitirib, işində peşəkar olan hər hansı zərgərin ali təhsil almasına ehtiyac olmadığını qeyd edib. Millət vəkili dəyişiklik layihəsində, ali təhsil tələbininin aradan qaldırılması təklifini irəli sürüb.

 

“İnsanların savadı heç də diplomla ölçülməməlidir. Peşə diplomu da burada rol oynamalıdır. Qiymətləndirici işləmək qabiliyyətlə bağlı məsələdir. Ona görə də peşə təhsili diplomu məsələsi qanuna əlavə edilməlidir. Bundan başqa, 3 il staj tələbi isə çox azdır. Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır. Test imtahanı ilə bağlı məsələ 6-cı maddədə göstərilib. Beynəlxalq sertifikatı olanların bu testdən keçməsinə nə ehtiyac var?".

 

Qanun qəbul ediləndən sonra ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək. Bununla bağlı deputat Vüqar Bayramov açıqlamasında onların qanun qəbul ediləndən sonrakı taleyinə aydınlıq gətirilməsinin vacibliyini qeyd edib.

 

“Hazırda fəaliyyət göstərən qiymətləndiricilərin neçə faizinin ali təhsilli olub-olmaması barədə araşdırma varmı? Varsa, bunu bizimlə aidiyyəti qurum bölüşsə, yaxşı olar. Çünki biz bilməliyik ki, bu qanun qəbul ediləndən sonra nə qədər vətəndaşımız işsiz qalacaq, yaxud onları prosesə necə cəlb edəcəklər”.

 

Plenar iclasda Valideyn himayəsindən məhrum olan,18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə son oxunuşda qəbul edilib.

 

AYNURƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər