00:00:00
Yazar
Admin User
15.08.2023 09:21 327 1 dəq oxuma
Sosial

ALICI AZALDI, QİYMƏT UCUZLAŞDI

ALICI AZALDI, QİYMƏT UCUZLAŞDI

Toy, nişan…. Məhərrəmlik ayında 2 ay keçirilməyən sadalanan xeyir işlər bir çox sahələrin işində durğunluq yaradır. Onlardan biri də qızıl bazarıdır. Satıcılar bu ayda müştərilərinin kəskin azaldığını deyirlər. Bəs, durğunluq qiymətlərə təsir göstəribmi? Satıcılar deyirlər ki, bu ay qızıl mağazasına üz tutanlar daha çox hədiyyəlik ziynət əşyaları alırlar. “Bu aylarda toy, nişan kimi şənliklər keçirilmədiyindən ziynət əşyaları içərisində ən az tələbat, yəni müştəri üzü görməyən ziynət əşyaları məhz alyanslardı”.

Durğunluq zamanı zərərdən yayınmağa çalışan sahibkarlar çarəni ziynət əşyalarının qiymətini endirməkdə görürlər. Alıcılar deyir ki, az da olsa, ucuzlaşmanı fürsət bilib bazara üz tutublar. “Növbəti aylarda toy eləmək istəyənlər, xeyir iş üçün ad günlərinə hazırlaşanlar bir az öncədən alırlar ki, həm irəli düşsünlər, həm də ciblərinə ziyan olmasın”.

Mütəxəssislər isə durğunluq və ucuzlaşmanın qısamüddətli olduğunu deyirlər. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, nəzərə alınmalıdır ki, həm dünya bazarında qızılın qiyməti sabit qalır, həm də ölkə inflyasiya mühitindədir. “İşçilik də qalxır. Yaşam şərtləri də dəyişir. Pulun dəyərinin azalması, əvvəlki yaşam şərtlərinin təmin etmək üçün pula daha çox ehtiyac yaranıb. Bu, onu deməyə imkan verir ki, biz qızılın qiymətlərində kəskin aşağı düşmə müşahidə etməyəcəyik”. İqtisadçı qızıl bazarında yaşanan durğunluğun sentyabrın ortalarından yenidən canlanacağını proqnozlaşdırır.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər