00:00:00
Yazar
Aise Mustafayeva
10.09.2026 00:01 43 1 dəq oxuma
Dünya

Alimlər 2000 dərəcədən yüksək temperaturda yeni buz növü yaradıblar

 

Alimlər 2000 dərəcədən yüksək temperaturda yeni buz növü yaradıblar

Fransalı alimlərin rəhbərlik etdiyi tədqiqat qrupu laboratoriya şəraitində yüksək təzyiq və temperatur altında suyun yeni kristal quruluşunu müşahidə edib.

 

 

Təcrübələr zamanı su 2,3 milyon atmosfer təzyiqə və 2000 dərəcədən yüksək temperatura məruz qoyulub. Araşdırmalar nəticəsində “superion buz” adlandırılan ekzotik maddə halının yeni quruluşu müəyyən edilib.

 

Alimlər bu kəşfin Uran və Neptun kimi buz nəhəngi planetlərin daxili quruluşunun və maqnit sahələrinin daha yaxşı öyrənilməsinə kömək edə biləcəyini bildirirlər. Tədqiqatın nəticələri Physical Review Letters jurnalında dərc olunub.

 

TRT Haber 

Aişə Mustafayeva

#azərbaycan #yüksək #alimlər #yaradıblar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər