00:00:00
Yazar
Admin User
17.03.2025 18:21 331 1 dəq oxuma
Maraqlı

Alimlər kəşf etdilər:Bəşər tarixinə səyahətin qapıları açılır

Alimlər kəşf etdilər:Bəşər tarixinə səyahətin qapıları açılır

 

Laosda, Cənubi-Şərqi Asiyada bir mağaradan çıxarılan diş bəşər tarixinin qapılarını açır. Tədqiqatçılar mağarada tapılan alt azı dişinin ən azı 130 min il əvvəl yaşamış Denisovalılardan olan bir qadına aid olduğunu düşünürlər.

 

Denisovalı insanlar 2010-cu ildə tapıntılarla müəyyən edilmiş müasir insanların qohumu olduğu düşünülür. Bu alt azı dişi Denisovalıların Cənubi-Şərqi Asiyada yaşadığını göstərən ilk dəlil kimi tanınır.

 

"Bu onu göstərir ki, Denisovalılar Cənubi Asiyada yaşayıb. Və bu, müasir insanlarla Denisovalıların Cənubi-Şərqi Asiyada rastlaşa biləcəyini söyləyən genetiklərin qənaətlərini dəstəkləyir" paleoantropoloq Klement Zanolli bildirib.

 

CNN Türk

İlahə Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər