00:00:00
Yazar
Admin User
21.04.2025 16:19 302 1 dəq oxuma
Maraqlı

Alimlər yeni bir rəng kəşf etdilər

Alimlər yeni bir rəng kəşf etdilər

 

ABŞ-də aparılan bir araşdırmada yalnızca beş nəfərin görə bildiyi “olo” adlı yeni bir rəngin kəşf edildiyi bildirilib. Alimlər lazer şüaları vasitəsilə iştirakçıların retinasına birbaşa siqnal göndərərək, daha əvvəl heç vaxt görülməyən bu rəngi müəyyən etməyi bacarıblar.

 

Berkeley Kaliforniya Universitetində inkişaf etdirilən bu metod “Oz Görmə Sistemi” adlandırılır. Bu ad “Oz Sehrbazı” hekayəsindəki Zümrüd şəhərində hər kəsin taxdığı yaşıl eynəklərə bir göndərmə xarakteri daşıyır.

 

Tədqiqatın nəticələri Science Advances jurnalında dərc olunub.

 

Araşdırmada “olo” rənginin mavi-yaşıl tonlarında və son dərəcə doyan bir çalar olduğu qeyd edilir. Bu rəng adi gözlə görülə bilmir. Yalnız lazerlə stimullaşdırılan xüsusi vizual təcrübə nəticəsində hiss edilə bilir.

İştirakçıların gözündə yalnız “M” koniləri (orta dalğa uzunluğuna həssas fotoreseptorlar) stimullaşdırıldıqda, normal görmə aralığında qarşılığı olmayan siqnallar beyinə ötürülür.

 

Mənbə: TRT HABER
Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər