00:00:00
Yazar
Admin User
03.03.2025 17:09 258 1 dəq oxuma
Sosial

Allergik xəstəliklərə qarşı düzgün yanaşma vacibdir

Allergik xəstəliklərə qarşı düzgün yanaşma vacibdir

Allergik xəstəliklər, xüsusilə, daha çox rast gəlinən kontakt allergik dermatitlər və egzemalar, allergik reaksiyaların əsas səbəbləridir.

 

Dermatoloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında bildirib ki, allergik xəstəliklərin ən çox rast gəlinənləri bitki tozcuqlarına, heyvan tüklərinə və kimyəvi maddələrə qarşı yaranır. Bu allergiyalar əsasən əllərdə, bəzən ayaqlarda və üz dərisində müşahidə edilir:

 

“Diaqnoz qoyularkən birinci müayinə lazımdır. Xəstədən analiz alınmalıdır. Allergiya üçün müxtəlif cür testlər mövcuddur: qida və tənəffüs paneli, allergik testlər, ki bunlar xüsusən allergologlar tərəfindən göndərilir yoxlanılmağa. Əgər pasiyent özü bilirsə nəyə qarşı allergiyası var, mütləq onlardan uzaq durmalıdır. Yəni onlarla təması ümumiyyətlə kəsməlidir. Allergiya xroniki xəstəlik sayılır. Allergiya ilə yenidən təmas yaranarsa, xəstəlik yenidən baş qaldıra bilər”.

 

Asiya Zeynallı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər