00:00:00
Yazar
Admin User
28.01.2026 18:51 74 2 dəq oxuma
Siyasət

Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib

Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib

Berlində Bundestaq yanında fəaliyyət göstərən Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda tədbir keçirilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Avropa dövlətlərinin Cənubi Qafqazda baş verən hadisələrə münasibəti heç vaxt birmənalı olmayıb və deyək ki, məsələn, Böyük Britaniyanın və Fransanın mövqeyi həmişə fərqli olub:

 

"Almaniya Fransa qədər radikal münasibət ortaya qoymayıb. Bununla belə, Almaniyanın özünün Cənubi Qafqazdakı mümkün sülhdə maraqlı olmasına dair şübhələr var. Ciddi şübhələr var. Amma daha çox indiki mərhələyə qədər belə idi. İndi artıq Azərbaycan Cənubi Qafqazda dəyişilməsi mümkün olmayan, başqa sözlə desəm, geri dönüşü olmayan reallıqlar yaradır və rəsmi Berlin də bu reallıqları qəbul etməlidir. İkinci bir tərəfdən, Avropa dövlətləri, o cümlədən Almaniya artıq başa düşürlər ki, bu prosesdə ABŞ var. Avropa ABŞ ilə daha çox kəllə-kəlləyə gəlməmək naminə Cənubi Qafqazda ABŞ-nin ayağına dolaşmaq istəmir. Sülh sazişinin Cənubi Qafqazda, təbii ki, bir çox dividendləri olacaq və bu dividendlərdən biri də nəqliyyat və iqtisadi əlaqələrdə özünü göstərəcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir ki, bu da ciddi dividendlər vəd edəcək. Avropa, əlbəttə ki, bu baş verən proseslərdən, o cümlədən regional marşrutların inkişafından öz xeyrinə istifadə edəcək, müəyyən iqtisadi dividendlər qazanacaq. Ümumiyyətlə, rəsmi Bakı ilə rəsmi İrəvan arasında mümkün sülh təkcə Cənubi Qafqazı maraqlandıran hadisə deyil, burada bütün dünya ölkələrinin marağı var; daha doğrusu, əksəriyyətinin marağındadır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər