00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
30.09.2026 23:48 19 3 dəq oxuma
Siyasət

"Yaxın Şərqdə Sülh Bəyanatı: İranın 7 Günlük Planı və Vaşinqtonun İnam Sınağı"

"Yaxın Şərqdə Sülh Bəyanatı: İranın 7 Günlük Planı və Vaşinqtonun İnam Sınağı"

 

İran və ABŞ arasında gərginlik hələ də davam edir. Tərəflər arasında hərbi qarşıdurma ilə yanaşı, atəşkəs və danışıqların bərpası istiqamətində diplomatik cəhdlər də gündəmdədir. Regionda baş verən son hadisələr Yaxın Şərqdə vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı sualları artırır. Donald Tramp rəsmi  “X” hesabında bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında nəzarəti təmin edir və ticarət gəmilərinin keçidi üçün boğazın açıq qalacağını, İrana qarşı dəniz blokadasının tətbiq olunduğunu və ABŞ-nin bu regionun qoruyucusu kimi çıxış edəcəyini bildirib.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, İranın BMT-də (Birləşmiş Millətlər Təşkilatlarında) ABŞ-yə təklif etdiyi 7 günlük etimad planı regionda atəşkəs və sanksiyaların ləğvini hədəfləsə də, tərəflər arasındakı inamsızlıq və ABŞ-dəki seçkilər bu prosesin həyata keçməsini çətinləşdirir:


"BMT-nin sessiyası çərçivəsində İran tərəfi sentyabrın 25-də ABŞ-yə 7 günlük etimad planı təqdim edib. Mahiyyət etibarilə planda yer alan şərtlər bu ilin iyul ayında ABŞ-lə İran arasında imzalanan  qarşılıqlı anlaşma bəyanatındakı şərtlərlə oxşarlıq təşkil edir. Lakin bu, nisbətən qısaldılan plandır və daha az zaman çərçivəsində yerinə yetirilməlidir.Plana əsasən, ilk şərt atəşkəsin əldə olunmasıdır. Bu, təkcə İranla ABŞ arasında deyil, bütövlükdə Livan, Qəzza və Qətərdə atəşkəs rejiminin təmin olunmasını nəzərdə tutur. Bu da böyük bir coğrafiyada, yəni Yaxın Şərq regionunda gərginliyin azalmasına səbəb ola bilər.

 


Digər şərtlər sırasında İran limanlarına tətbiq olunan blokadaların aradan qaldırılması, İrana qarşı neft satışına tətbiq edilən sanksiyaların götürülməsi və İranın aktivlərinin sərbəst buraxılması yer alır. Burada söhbət 12 milyard dollardan az olmayan məbləğdən gedir.İlkin günlər üçün əsas şərtlər bunlardır. Növbəti günlərdə isə Hörmüz boğazının açılması, daha sonra isə İranın nüvə proqramı ilə bağlı danışıqların başlanması nəzərdə tutulur”.


Politoloq qeyd edib ki, irəli sürülən bu şərtlər 7 gün ərzində təmin olunmalıdır və şərtlərə əməl ediləcəyi təqdirdə, regionda sülhə dair ümidlər arta bilər:

“Lakin bu şərtlərin irəli sürülməsi hələlik vəziyyətin normallaşdırılması demək deyil. İlk növbədə, ABŞ-nin də  öz şərtləri var. Əsas məsələlərdən biri ABŞ-nin nüvə proqramı ilə bağlı danışıqları sonraya saxlamaq istəməməsidir.Eyni zamanda, tərəflər arasında qarşılıqlı etimad mühiti də yoxdur. İran Prezidenti Məsud Pezeşkian açıq şəkildə ABŞ-yə etimadının olmadığını bildirib. Danışıqların gedişatı zamanı ABŞ tərəfinin İrana hərbi zərbələr endirməsi də tərəflər arasında etimadsızlığı daha da artırıb və danışıqların nəticəsiz qalmasına səbəb olub.
ABŞ-də qarşıda bir aydan bir qədər çox vaxt qalıb ki,aralıq seçkilərinin keçirilməsi gözlənilir. Seçkilərdən sonra hərbi əməliyyatların bərpa olunacağı ilə bağlı məlumatlar da yayılır. Buna görə də,İran tərəfi qarşıdakı seçkilərə qədər müəyyən nəticələrin əldə olunmasında maraqlıdır”.


Ekspertin sözlərinə görə, səmərəli vasitəçilik həyata keçirilərsə və prosesə nəzarət mexanizmləri işlək vəziyyətdə olarsa, regionda ümumilikdə vəziyyətin normallaşdırılması istiqamətində addımlar atmaq mümkün ola bilər.

Ayan Məmmədzadə

#gündəm #"yaxın #planı #günlük
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər