Almaniyada "Mercedes-Benz"in işçiləri etiraz aksiyalarına çıxıblar
Almaniya avtomobil istehsalçısı olan "Mercedes-Benz Group AG"nin minlərlə əməkdaşı xərclərin azalması üzrə yeni proqrama görə etiraz aksiyalarına çıxıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Almaniyanın ən böyük həmkarlar ittifaqı olan "IG Metall"a istinadən SWR teleradio şirkəti məlumat yayıb.
"Cümə günü bütün Almaniya boyu minlərlə Mercedes əməkdaşı şirkətin xərcləri azaltmaq kursuna qarşı etiraz aksiyalarına çıxıb… Etirazlarda 20 minə yaxın işçi iştirak edib", - məlumatda bildirilib.