Almaniyada şagirdlər hərbi xidmətə etiraz olaraq tətil aksiyaları keçirirlər
Tətil aksiyasının təşkilatçılarından biri, “Məcburi Hərbi Xidmətə Qarşı Məktəb Tətili” hərəkatından Bela Breitner bildirib ki, federal hökumət “məcburi hərbi xidmətin mərhələli şəkildə yenidən tətbiqinə ciddi yanaşır”.
Hamburqda keçirilən etiraz aksiyalarından birində nümayişçilər bayraqlar dalğalandırıb və üzərində “Sizin müharibələrinizdə iştirak etməyəcəyik” sözləri yazılmış plakatlar qaldırıblar.Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Almaniyanın ordusunun gücləndirilməsini prioritet elan edib.
Məcburi hərbi xidmətin könüllü əsasda həyata keçirilməsini nəzərdə tutan yeni qanun yanvar ayında qüvvəyə minib. Qanunun məqsədi könüllüləri cəlb etməklə hərbçilərin sayını artırmaqdır.
Lakin təhlükəsizlik vəziyyəti pisləşərsə və ya kifayət qədər könüllü müraciət etməzsə, məcburi hərbi xidmətin bir forması Almaniya parlamenti -Bundestaq tərəfindən nəzərdən keçirilə bilər.
Səkinəbəyim Cəfərova