00:00:00
Yazar
Admin User
12.08.2025 14:06 124 1 dəq oxuma
İdman

Almaniyalı futbolçu Cənubi Koreya yığmasında oynamağa qərar verib

Almaniyalı futbolçu Cənubi Koreya yığmasında oynamağa qərar verib

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun yarımmüdafiəçisi Yens Kastrop vətəndaşlığını dəyişərək Cənubi Koreya yığmasında oynamağa qərar verib.


"İnformator.az" FIFA-nın saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Düsseldorf şəhərində anadan olub, atası alman, anası isə cənubi koreyalıdır.


O, daha əvvəl Almaniyanın gənclərdən ibarət yığmasında 4 oyun keçirib. Bu yay "Borussiya" ilə müqavilə imzalayan futbolçu əvvəllər "Nürnberq" və "Köln" klublarında çıxış edib. Qeyd edək ki, Cənubi Koreya millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər