Almaniyanı məğlub etdik, adanı qoruduq
Qrenlandiyanı ABŞ-dən başqa heç bir ölkə və ya ölkələr qoruya bilməz. İkinci Dünya müharibəsində Danimarka Almaniyaya 6 saatlıq müharibədən sonra uduzdu. ABŞ öz qüvvələrini göndərdi və Qrenlandiyanı qorudu.
"İnformator.az" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
O, bu məlumatları Danimarkanın da bildiyini vurğulayıb: “Daha onra isə biz Qrenlandiyanı Danimarkaya qaytardıq. Bu axmaqlıq idi, lakin biz bunu etdik. Danimarkalılar indi də nankorluq edirlər”.
