Almaniyanın İqtisadiyyat və Enerji naziri Katherina Reiche Türkiyəyə gəlir!
Almaniya İqtisadiyyat və Enerji Nazirliyinin sözçüsü Suzanna Unqrad Berlində keçirdiyi mətbuat konfransında Türkiyənin Almaniya üçün strateji əhəmiyyətli tərəfdaş olduğunu bildirib. Unqrad əlavə edib ki, nazir Katherina Reiche-nin cümə axşamı və cümə günləri səfərinin əsas gündəm maddəsi Almaniya-Türkiyə iqtisadi və enerji tərəfdaşlığı olacaq.
Rəsmi səfər çərçivəsində Reiche'nin Türkiyə ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə məşğul olan Birgə İqtisadiyyat və Ticarət Komitəsinin (JETCO) iclasında iştirakı planlaşdırılır.
CNN Türk
Aydan Əsgərxanlı