00:00:00
Yazar
Admin User
04.01.2026 07:45 82 1 dəq oxuma
Dünya

Almatı hava limanında 20 reys təxirə salınıb

Almatı hava limanında 20 reys təxirə salınıb

Qazaxıstanın Almatı hava limanında əsasən “Air Astana” reysləri olan 20-dən çox uçuş təxirə salınıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkəti məlumat yayıb.

 

“3-4 yanvar gecəsi Almatını duman bürüyüb və görünürlük 150 metrdən az olub. Pis hava şəraitinə görə uçuşlar təxirə salınıb.

 

Aviaşirkət cədvəli bərpa etmək üçün bütün tədbirləri görür, o cümlədən, “FlyArystan” ehtiyat təyyarəsindən istifadə edir. Sərnişinlərə hava limanına getməzdən əvvəl aviaşirkətin veb saytında uçuşun vəziyyətini yoxlamaq tövsiyə olunur”, - məlumatda bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər