00:00:00
Yazar
Elmira Ağayeva
05.06.2026 21:04 21 1 dəq oxuma
Siyasət

Alyaska razılaşmaları əsasında Ukrayna problemi həll oluna bilər-Rusiya

Alyaska razılaşmaları əsasında Ukrayna problemi həll oluna bilər-Rusiya

 

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib ki, Moskva Alyaskanın Ankoric şəhərində keçirilən Rusiya-ABŞ sammitində əldə olunan razılaşmalar əsasında Ukrayna məsələsini siyasi və diplomatik yollarla həll etməyə hazırdır.


“Biz Ankoricdə əldə olunan razılaşmalar əsasında bu məqsədlərə nail olmaq üçün siyasi və diplomatik vasitələrdən istifadə etməyə hazırıq. Lakin bu mümkün olmasa və ABŞ-dən olan həmkarlarımız Kiyev rejimini Ankoric razılaşmalarını qəbul etməyə təşviq etmək səylərini zəiflətmiş olsalar, biz yenə də Rusiya Prezidentinin müəyyən etdiyi məqsədlərə uyğun şəkildə xüsusi hərbi əməliyyatı davam etdirəcəyik”,- deyə Qaluzin bildirib.


O, bu açıqlamanı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində jurnalistlərə verib.


TASS
Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər