Amazon serverində problem veb-saytlara daxil olmağa əngəl oldu
Amazon Veb Xidmətlərində kütləvi kəsinti bir çox veb-saytlara daxil olmaqda problem yaradıb.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, bizneslərə veb saytlarını və digər tətbiqlərini yerləşdirmək üçün ödənişli xidmət təqdim edən Amazonda 2 saat fasilə yaşanıb. Problemin demək olar ki, aradan qaldırıldığını qeyd edən şirkət bütün xidmətlərin tam bərpası üçün işlərin davam etdirildiyini bəyan edib.
Qeyd edək ki, sözügedən problem bir sıra vebsaytlara, o cümlədən The Associated Press və Boston Globe kimi xəbər saytlarına təsirsiz ötüşməyib. Bundan əlavə, bəzi şirkətlərdə problem yarandığı üçün sifarişlər gecikdirilib.
