00:00:00
Yazar
Admin User
19.06.2023 18:11 274 1 dəq oxuma
Sosial

Amazonun Fransadakı anbarına siçan hücumu

Amazonun Fransadakı anbarına siçan hücumu

Fransanın Orlean şəhəri yaxınlığındakı Amazon anbarının uzun müddətdir ki, siçovulların işğalına məruz qaldığını göstərən görüntülər yayılıb.

 

İnformator.az qərb mediasına istinadən xəbər verir ki, görüntülərdə anbarda bəzi qida məhsullarının olduğu qutularda ölü siçan balaları, bəzi hissələrdə isə çirklənmə diqqəti çəkir.

 

Sözügedən anbarda çalışan şirkətin əməkdaşı xəstəliyə yoluxmaqdan qorxduqlarını və səlahiyyətlilərin vəziyyətlə o qədər də maraqlanmadığını deyib. Amazon isə anbarda dəfələrlə zərərvericilərlə mübarizə qrupunun işlədiyini, siçanlarla təmasda olan bağlamaların müştərilərə göndərilmədiyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər