00:00:00
Yazar
Admin User
09.10.2023 13:37 288 2 dəq oxuma
Sosial

Amerikanı kölgədə qoyan icad

Amerikanı kölgədə qoyan icad

Sağ olduğu müddətdə büstü qoyulan və ilk pilotsuz kosmik gəminin yaradıcılarından olan qəhrəman - bütün bu uğurların sahibi, azərbaycanlı, Ağsu rayonunda doğulub boya-başa çatan Füzuli Fərəcovdur. Həmyerlimiz Rusiyada kosmik sahə ilə bağlı bir çox uğurların sahibidir. Ən böyük uğuru isə Tarixə həkk olan ilk pilotsuz kosmik raketdir.

Astronavtika konqresi ilə bağlı Azərbaycana gələn fizikin Arb xəbərə müsahibəsində bildirib ki, raket digər kosmik aparatlardan fərqlənir. Fərq isə ondadır ki, o özü uçub qayıda bilən kosmik təyyarə kimi fəaliyyət göstərir. “Buran” kosmik gəmisinin ərsəyə gəlməsində 15 ildən çox vaxt sərf edilib”.

Fizik eyni zamanda, bu tarixi layihə ilə yolunu kosmik sahəyə olan marağının kəsişdirməsindən söz açıb.

“Rusiyada gəmiqayırma təhsilini başa vurduqdan sonra Moskvada "Buran"ın hazırlanmasında iştirak etdim. Bu məxfi bir proyekt idi, zavodun özü də məxfi idi. Zavodda bir korpusdan digər korpusa adam buraxılmırdı. Mənimlə həmin zavodda- Tuşu maşınqayırma zavodunda bir 5-6 azərbaycanlı da işləyib. Amma bu proyektlərin sirri elə həmin zavodda qaldı.

Müsahibin rəyinə əsasən, Bu kosmik gəmi əbəs yerə yaranmayıb.
"Buran" gəmisi Amerikanın "Space Shuttle" gəmisinə cavab olaraq hazırlanıb. Əslində, "Shuttle" heç vaxt içərisində adam olmadan uçuş həyata keçirməyib. "Buran" isə pilotsuz uçuş həyata keçirdiyi üçün Amerikanı kölgədə qoyaraq tarix yazıb”.

Füzuli Fərəcov sağlığında büstü qoyulan azərbaycanlı ifadəsinə də fikir bildirib. Füzuliyə Fərəcovun dediyinə görə, 2010-cu ildə Rusiyada büstün qoyulmasında məqsəd kosmik sahə üzrə onun adını əbədiləşdirmək olub.

“Çoxları deyirdi ki, bu addım sağlığında sənə lazım deyil, buna hə demə və s. Mən təkliflərə qatılmayım, o dəqiqə hə dedim. 25 nəfərin içərisində mənim də büstümü Muzeyan adlanan parkkurtula deyilən yerdə qoyuldu”.

"Buran" kosmik gəmisinin hazırlanmasından illər keçsə də, o, yenə bu sahə üzrə fəaliyyətini davam etdirdiyini bildirib.
“Bir çox kiçik proyektlərin sonradan həyata keçirilməsində iştirak eləmişəm. Kosmik taksilərin layihələşdirilməsində, sonra kosmik aparatlarında kosmik enerjisinin əldə olunub, yerə ötürülüb istifadə olunmasında. "Buran" gəmisi uğurla sınaqdan keçdikdən bir müddət sonra layihəsi dayandırıldı. Ekskluziv olduğuna görə də ona aid bütün eskizlər məhv edildi. Dayandırılmasına səbəb isə maliyyə cəhətdən yaranan problemlər oldu. Buna baxmayaraq bu gün bir çox kosmik gəmilərin yaranmasında "Buran" raketinin rolu hələdə böyükdür".

Gündüz Vaqifoğu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər